Anar NağıLbaz
50 top tracks
Anar NağıLbaz
50 top tracks
Albums
Biography
Anar Nağılbaz (tam adı: Cəbiyev Anar Rizvan oğlu) — reper.Read more on Last.fm
Read more
Anar Nağılbaz (tam adı: Cəbiyev Anar Rizvan oğlu) — reper.
1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlmişdir. 1988-ci ildən repə maraq göstərməyə başlamışdır. 1990-cı ildə ilk dəfə Yaltada "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa etmişdir. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaratmışdır. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim etmişdir. 1993-cü ildə "Narkodünya" mahnısıyla şöhrət qazanmışdır. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olmuşdur. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayəti ilə Azərbaycan Dövlət Sirkində çıxmışdır. 1996-cı ildə ilk albomu işıq üzü görmüşdür.
Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.
Onun rep bəstələrinin əksəriyyətində çox ciddi problemlər zarafatla, yumorla öz əksini tapmışdır. Bəstələrinin əksəriyyəti adı ilə deyil, mahnının mətnindəki ifadələrlə yaddaşlarda qalmışdır (məsələn, "Gəl gülüm"də "it qızı-it" və ya "Mənim sevgilim"də "Mənim sevgilim Conidir Coni, özü amerikalı, firması Soni" və s.). Digər tanınmış rep bəstələri: "Səhər olmayacaq" (1997), "Keçdi günlər" (1999) və (2000), "O qızı görən olubmu?" (2000), "Zaman o zaman deyil" (2001), "Dost" (2003), "İç xəbər" (2005), "Nömrə narkotik" (2005), "Göbələk" (2005) və s. <a href="https://www.last.fm/music/Anar+Na%C4%9F%C4%B1lbaz">Read more on Last.fm</a>. User-contributed text is available under the Creative Commons By-SA License; additional terms may apply.

